"Real Madrid"də ağır itki

"Real Madrid"də ağır itki

"Real Madrid" klubunun müdafiəçisi Serxio Ramos bir ay yaşıl meydanlardan uzaq qalacaq.

Assist.az xarici mənbələrə istinadən xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsində İspanya-Kosovo oyununun son dəqiqələrində meydana daxil olub zədələnən Serxio Ramos bir aylıq sıradan çıxıb. İspaniyalı futbolçu zədəsi ilə bağlı açıqlama verib:

"Çox məyusam, amma meydanlara tez qayıtmaq üçün əlimdən gələni eliyəcəm".

Qeyd edək ki, Serxio Ramos "La Liqa" çərçəvəsində oynanacaq "Barselona" ilə oyun da iştirak edə bilməyəcək.