Real Madrid-in məşhur futbolçusu koronavirusa yoluxdu

Real Madrid-in hücumçusu Luka Yoviç koronavirusa yoluxub.
Assist.az xəbər verir ki, bu barədə La Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.
22 yaşlı futbolçudan noyabrın 20-də götürülmüş COVİD-19 testi pozitiv çıxıb. Bu üzdən də o, karantinə alınıb və bir müddət komandadan ayrı qalacaq.
Real-da son olaraq Eden Hazard və Eder Militaonun koronavirusa yoluxduğu və sağaldığı açıqlanmışdı.