Ramil Şeydayevin komandası "Zenit"lə bacarmayıb

Ramil Şeydayevin komandası "Zenit"lə bacarmayıb

Futbol üzrə Rusiya Premyer Liqasında 5-ci tura start verilib.

Assist.az xəbər verir ki, bu turda futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu Moskva "Dinamo"su öz meydanında "Zenit"i qəbul edib.

Moskvanın "VTB Arena" stadionunda keçirilən görüş 0:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Matçda qolları Artyom Dzüba (10-cu dəqiqə) və Maqomed Ozdoyev (88) vurub.

Ramil Şeydayev 90 dəqiqə meydanda olub.

Bu oyundan sonra "Zenit" xallarının sayını 13-ə çatdırıb və çempionatda liderliyini davam etdirir. "Dinamo" 5 xal ilə 11-ci yerdə qərarlaşıb.

Rusiya Premyer Liqası. 5-ci tur

"Dinamo M" - "Zenit" - 0:2

Qollar: 0:1 – Dzüba – 10, 0:2 – Ozdoyev – 88

Qırmızı vərəqə: Yusupov, 80 ("Dinamo")