Rakitiç "Atletiko" ilə anlaşdı - MARCA

Rakitiç "Atletiko" ilə anlaşdı - MARCA

“Atletiko” “Barselona”nın yarımmüdafiəçisi İvan Rakitiçi yayda transfer edə bilər. Assist.az "Marca"ya istinadən xəbər verir ki, Madrid klubu ilə xorvatiyalı futbolçu artıq müqavilənin şərtlərində razılığa gəliblər “Atletiko” bu keçid qarşılığında “Barselona”ya 25 milyon avro ödəyəcək.

 

Futbolçunun “Barselona” ilə müqaviləsi gələn ilin iyununda başa çatacaq.  31 yaşlı futbolçu 2014-cü ildən katalon klubunda çıxış edir.