Qrizmann "Barselona"da qol hesabını açdı

Qrizmann "Barselona"da qol hesabını açdı

İspaniyanın "Barselona" klubu yoldaşlıq oyununda İtaliya "Napoli"sini darmadağın edib.

Assist.az xəbər verir ki, ABŞ-ın Enn-Arbor şəhərinin "Miçiqan" stadionunda baş tutan görüş 4:0 hesabı ilə katalonların xeyrinə yekunlaşıb.

Oyunda bütün qollar ikinci hissədə vurulub. Luis Suares dubl etdiyi halda, Usman Dembele və Antuan Qrizmann hərəyə bir dəfə fərqlənib. Bu həm də Qrizmannın yeni komandasında ilk qolu olub.

Yoldaşlıq oyunu (klublar)

"Napoli" - "Barselona" - 0:4

Qollar: 0:1 – Suares – 48, 0:2 – Qrizmann – 56, 0:3 – Suares – 58, 0:4 – Dembele – 63.