Qaret Beyl: "Meydanda bütün gücümüzlə oynayacağıq"

Qaret Beyl: "Meydanda bütün gücümüzlə oynayacağıq"

Uels millisinin kapitanı Qaret Beyl AÇ-2020-nin seçmə mərhələsinda Azərbaycanla oyun öncəsi mətbuat konfransında iştirak edib. Assist.az xəbər verir ki, "Real"ın ulduz futbolçusu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:

 

- Remzinin qayıdışı məni sevindirir. Onunla meydanda olmaq xoşdur. Milli komandada oynamaq hər zaman şərəflidir. Bütün gücümü meydanda ortaya qoyacam.

 

- Əvvəllər U-21 səviyyəsində Azərbaycana qarşı oynamısız, yoxsa Bakıya ilk dəfədir gəlirsiz?

- Xeyr, Bakıya ilk dəfədir gəlirəm.

 

- Azərbaycan millisi haqda nə düşünürsüz?

- Son oyunlarınızı izləyəndə inkişaf görmək olur. Beş il əvvəlki yığmanızla indiki arasında fərq, inkişaf hiss olunur.