"Qarabağ"ın müdafiəçisi bu gün əməliyyat olunacaq

"Qarabağ"ın futbolçusu Kevin Medina bu gün əməliyyat olunacaq.
Klubun mətbuat xidmətindən Assist.az-a verilən məlumata görə, əməliyyat Almaniyanın Mühnen şəhərində reallaşacaq.
Qeyd edək ki, K.Medina ÇL-in 2-ci təsnifat mərhələsində “Sürix”lə səfər matçında zədələnmişdi. Bu səbəbdən o, 2 ay yaşıl meydanlardan uzaq qalacaq.