“Qarabağ”ın legioneri Filip Ozobiç mövsümü erkən bitirməli olub

“Qarabağ”ın legioneri Filip Ozobiç mövsümü erkən bitirməli olub

“Assist.az” xəbər verir ki, “Səbail” lə səfər matçında zədələnən 30 yaşlı hücumcu bugün həkim müayinəsindən keçib.  Ozobiçin sol incik sümüyünün yuxarı 1/3 hissəsinin yerini dəyişməyən sınığı aşkarlanıb. Bununla yanaşı, əzələ toxumalarının həmin nahiyədə əziyi və əzələarası hematoma müəyyən edilib. Bu səbəbdən təcrübəli forvard mövsümün sonunadək komandasına kömək edə bilməyəcək.