"Qarabağ" - "Auqsburq" matçının başlama saatı açıqlandı

"Qarabağ" - "Auqsburq" matçının başlama saatı açıqlandı

“Qarabağ”ın Avstriyada Almaniyanın “Auqsburq” komandası ilə keçirəcəyi yoxlama oyununun başlama saatı açıqlanıb.

Assist.az xəbər verir ki, sabah oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

“Qarabağ” Avstriyadakı iki yoxlama oyunu keçirib. “Köhlən atlar” Bolqarıstanın ÇSKA komandasını məğlub edib (1:0), Rusiya “Arsenal”ına isə uduzub (0:1).