"Qarabağ"ın 2 futbolçusu Avropa Liqasının rəmzi heyətində yer alıb

"Qarabağ"ın 2 futbolçusu Avropa Liqasının rəmzi heyətində yer alıb

UEFA Avropa Liqasında 3-cü turun rəmzi komandası müəyyənləşib. Assist.az xəbər verir ki, “Qarabağ”ın iki futbolçusu ən yaxşı oyunçular arasında yer alıb. Bunlar ispaniyalı yarımmüdafiəçisi Dani Kintana və braziliyalı müdafiəçi Ailton Silvadır. Hər iki futbolçu ötən gecə Bakıda APOEL-lə keçirilən görüşdə (2:2) fərqlənib.