Qarabağ - Şerif: Hakimlər dəyişdirildi

Qarabağ - Şerif: Hakimlər dəyişdirildi

Çempionlar Liqasının 2-ci təsnifat məhələsində keçiriləcək "Qarabağ" - "Şerif" (Moldova) matçının hakimləri dəyişdirilib.

Assist.az xəbər verir ki, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Görüşü baş hakimi Mikola Balakin, yan xətt hakimləri Viktor Matyaş və Sergey Pristup olacaq. Dördüncü hakim funksiyasını isə Andrey Kovalenko yerinə yetirəcək.

Xatırladaq ki, bundan əvvəl UEFA görüşün Furkat Atajanov rəhbərlik etdiyi qazaxıstanlı hakimlər briqadası idarə edəcəyini açıqlamışdı.

Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 20:00-da başlayacaq.