Qarabağ - Neftçi matçının hakimləri bilindi

Qarabağ - Neftçi matçının hakimləri bilindi

Azərbaycan Premyer Liqasında XV turunun ilk oyun günündə keçiriləcək qarşılaşmalar üçün bütün təyinatlar açıqlanıb.

Assist.az xəbər verir ki, "Qarabağ" və "Neftçi" komandaları arasında keçiriləcək turun mərkəzi görüşü yeni beynəlxalq dərəcəli hakim Elçin Məsiyevə həvalə olunub. Təcrübəli FIFA referisi Əliyar Ağayev isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

3 fevral (şənbə)

16:00. “Sumqayıt” – “Səbail”

Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Cəmil Quliyev, Fərid Hacıyev

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Seymur Səlimli

Sumqayıt, "Kapital Bank Arena"

18:30. “Qarabağ” – “Neftçi”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əliyar Ağayev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Kərim Ağayev

Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu.