"Qarabağ" La Liqa klubundan futbolçu alır

"Qarabağ" La Liqa klubundan futbolçu alır

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Assist.az xəbər verir ki, Ağdam təmsilçisi İspaniyanın “Kadis” klubundan Qasper Panadero Samora ilə razılaşıb. “Qarabağ” 23 yaşlı vingerlə 3 illik müqavilə imzalayacaq.

Samora “köhlən atlar”la rəsmi müqavilə imzalamaq üçün bu gün Bakıya gəlib.

Samora 2020-ci ilin avqustundan “Kadis”də çıxış edir. Vinger ötən mövsümü icarə əsasında Sequnda təmsilçisi “Ponferradina”da keçirib.

Qeyd edək ki, Samoranın transferi ilə bağlı ilk xəbəri sportlife.az saytı yayıb.