"Qarabağ" APOEL səfərindən xalsız dönür

"Qarabağ" APOEL səfərindən xalsız dönür

UEFA Avropa Liqasında 4-cü turun oyunları keçirilib. Assist.az xəbər verir ki, turnirdəki yeganə təmsilçimiz "Qarabağ" Kiprdə yerli APOEL kollektivi ilə qarşılaşıb.

Görüşdə hesab 10-cu dəqiqədə açılıb. M.Medvedev başla dəqiq oynayıb. İkinci hissədə təşəbbüsü ələ alan APOEL 59-cu dəqiqədə L.Souza ilə hesabı bərabərləşdirib. Sona 2 dəqiqə qalmış isə N.Loannou meydan sahiblərinin qələbə topunu vurub. 

APOEL 2:1 "Qarabağ"

Qollar: M.Medvedev - 10', L.Souza - 59', N.Loannou - 88'.