"Qarabağ" Avropa Liqasında növbəti oyununa çıxır

"Qarabağ" Avropa Liqasında növbəti oyununa çıxır

Bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçiriləcək. Assist.az xəbər verir ki,ölkəmizin turnirdəki yeganə təmsilçisi "Qarabağ" Bakıda Kiprin APOEL komandasını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:55-də start götürəcək.