"Qarabağ" APOEL səfərinə hazırlaşır

"Qarabağ" APOEL səfərinə hazırlaşır

UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda APOEL-lə qarşılaşacaq “Qarabağ” noyabrın 5-i Kiprə yola düşəcək. Assist.az xəbər verir ki, Ağdam təmsilçisi saat 20:20-də çarter reysi ilə Bakıdan Larnaka şəhərinə səfər edəcək. Təyyarənin uçuşdan 3 saat sonra Kiprə eniş etməsi gözlənilir.

 
Noyabrın 6-sı Qurban Qurbanovun mətbuat konfransı və komandanın oyunun keçiriləcəyi GSP stadionunda məşqi nəzərdə tutulub.
 
Noyabrın 7-si Nikosiya şəhərində keçiriləcək APOEL - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:55-də başlanacaq. Oyundan dərhal sonra komanda Bakıya qayıdacaq.