"Qarabağ" - APOEL oyununda məhsuldar heç-heçə

"Qarabağ" - APOEL oyununda məhsuldar heç-heçə

Bu gün UEFA Avropa liqasında 3-cü turun oyunlarına start verilib. Assist.az xəbər verir ki, turnirdəki yeganə təmsilçimiz "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda Kiprin APOEL komandasını qəbul edib.

Görüşdə hesab 13-cü dəqiqədə açılıb. Dani Kİnatanan qolu stadiona yığışan azarkeşləri ayağa qaldırıb. 29-cu dəqiqədə Maksim Medvedevin avtoqolu hesabın bərabərləşməsinə səbəb olub. İlk hissənin son dəqiqəsində isə Kipr təmsilçisi hesabda önə keçib. Rəşad Sadıqovun kobud səhvindən sonra qapıçı ilə üz-üzə qalan Hallenius şansını qaçırmayıb. Beləliklə, tərəflər fasiləyəyə APOEL-in minimal üstünlüyü ilə yollanıblar. 

İkinci hissədə "Qarabağ" hesabı bərabərləşdirməyə nail olub. Ailton Silvanın qolu komandamızı məğlubiyyətdən xilas edib - 2:2.

Hazırda turnir cədvəlinə 9 xalla "Sevilya" başçılıq edir. "Qarabağ" 4 xalla ikincidir. Aktivində 3 xalı olan "Düdelanj" üçüncü, 1 xala sahib APOEL isə sonuncudur.

 

"Qarabağ" 1:2 APOEL