"Qarabağ" - APOEL oyunu slovakiyalı hakimlərə tapşırıldı

"Qarabağ" - APOEL oyunu slovakiyalı hakimlərə tapşırıldı

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək "Qarabağ" - APOEL matçının hakim təyinatları açılıb. Assist.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüş Slovakiyadan olan hakimlər briqadasına həvalə olunub.

Görüşdə əsas söz sahibi Filip Qlova olacaq. Yan xətt hakimləri Frantişek Ferenç və Yan Pozordur. Dördüncü hakim qismində isə Peter Ziemba çıxış edəcək.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – APOEL matçının start fiti saat 20:55-də səslənəcək.

Xatərladaq ki, "Qarabağ" Çempionlar Liqasında məhz bu komandaya məğlub olub mübarizəni dayandırmışdı.