Qadın hakimdən qəribə hərəkət - Oyunu saxlayıb "selfie" etdi

İsrail və braziliyalı keçmiş futbolçular arasında keçilən yoldaşlıq oyununda maraqlı hadisə yaşanıb. Assist.az xəbər verir ki, Hayfa şəhərində təşkil edilən xeyriyyə oyununun 51-ci dəqiqəsində qadın hakim Kakanı heç bir səbəb olmadan sarı vərəqə ilə cəzalandırıb və daha sonra onunla selfi çəkdirib.

Kaka və digər futbolçular bu hadisəni təəccüblə qarşılayıblar.

Qarşılaşmada braziliyalı əfsanələr 4:2 hesabı ilə qalib gəliblər.