"Qələbələrin sayı çox olacaq" - De Byazi

"Qələbələrin sayı çox olacaq" - De Byazi

“Çox yaxşı oyun keçdi. İlk hissədə daha çox qol vura bilərdik. Sevinirik ki, nəticə bizim xeyrimizə oldu. İkinci hissədə yorğunluq hiss olunurdu. Bir az da gərginlik var idi".

Assist.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının 2-ci turunda səfərdə Kiprə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

"Sevindirici haldır ki, oyunu tam heyətlə tamamladıq. Lüksemburq oyunu ilə müqayisədə müəyyən dəyişiklik etdik. Xoşuma gəlməyən şeylər var idi. Ən vacib futbolçuların istəkli olmasıdır" - deyə o bildirib.

İtaliyalı mütəxəssis komandasının xarakter nümayiş etdirdiyini söyləyib: "İlk gündən demişdim ki, uğurlu nəticəyə və qələbəyə hamımız inanmalıyıq. Əgər belə olarsa, bu gün qazandığımız qələbələrin sayı çox olacaq. Bu gün komandamız qələbə qazanmaqla yanaşı qısa müddət ərzində məğlubiyyətdən nəticə çıxarmağı və xarakter nümayiş etdirməyi bacardı”.