Qəbələ-də yeni transfer

Qəbələ-də yeni transfer

2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən Qəbələ heyətini yeni futbolçu ilə gücləndirib.

Assist.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” braziliyalı Rafael Utziqin Alemaonun transferini gerçəkləşdirib. 24 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

İndiyədək yalnız vətənində çıxış etmiş "sambaçı"nın son klubu Parana olub. Sağ cinah vingeri mövqeyində də oynayan oyunçu 2018 - 2020-ci illərdə fasilə ilə bu komandanın heyətində A və B seriyalarında çıxış edib.