PSJ Neymarla bağlı qərarını verdi

PSJ Neymarla bağlı qərarını verdi

PSJ klubu futbolçusu Neymarla yeni müqavilə imzalamaqla bağlı danışıqlara başlayıb.

Assist.az xəbər verir ki, Paris klubu braziliyalı hücumçu ilə müqavilənin müddətini 2024-cü ilin yayına kimi uzatmaq istəyir. Bildirilir ki, tərəflər arasında ilkin danışıqlar müsbət nəticələnib.

Qeyd edək ki, Neymarın PSJ ilə hazırkı müqaviləsi 2022-ci ilin iyununa kimidir.