"PSJ" Mbappenin alternativini "Liverpul"da tapdı

"PSJ" klubu fransalı hücumçusu Kilian Mbappenin klubdan getməsi halında "Liverpul" klubunun misirli hüçumçusu Məhəmməd Salaha yönələcək.
Assist.az xarici mənbələrə istinadən xəbər verir ki, "PSJ" klubu müqaviləsii 2022-ci ildə bitəcək olan Kilian Mbappeyə indidən Alternativlər axtarmağa başlayıb. "PSJ" rəhbərliyi "Liverpul"un hücumçusu Məhəmməd Salahı Mbappeyə alternativ olaraq transfer etmək istəyir.
Qeyd edək ki, Məhəmməd Salah ötən gün verdiyi açıqlamada "La Liqa"da oynamaq istədiyini bildirmişdi.