Premyer Liqa klubunda yeni müqavilə

Premyer Liqa klubunda yeni müqavilə

Bu mövsüm Premyer Liqada çıxış edəcək Leeds United baş məşqçisi Marselo Bielsa ilə müqaviləni yeniləyib.

Assist.az xəbər verir ki, argentinalı mütəxəssisin yeni sözləşməsi 2021-ci ilin yayına qədərdir.

65 yaşlı mütəxəssis 2018-ci ildən Leeds-i çalışdırır.

Qeyd edək ki, Premyer Liqada yeni mövsüm sabah başlayır. Leeds United sabah ilk oyunda son çempion Liverpool-un qonağı olacaq.