Pike Barcelona-nın prezidenti olmaq istəyir

Barcelona-nın futbolçusu Jerar Pike klubun prezidenti olmaq niyyətindədir.
Assist.az 33 yaşlı müdafiəçi bu barədə Marca-ya açıqlamasında məlumat verib.
İspaniyalı oyunçu karyerasını davam etdirdiyi üçün növbəti prezident seçkilərində iştirak edə bilməyəcəyini söyləyib: "Barcelona-nın azarkeşiyəm və kluba kömək etmək istəyirəm. Bəlkə də gələcəkdə namizədliyimi verəcəyəm. Həmişə Barcelona-nın prezidenti olmağı arzulamışam. Bu gerçəkləşəcəkmi, bilmirəm".
Qeyd edək ki, Jerar Pike Barcelona-nın yetirməsidir və 2008-ci ildən əsas komandada çıxış edir.