Pep Qvardiollla :"Başqa klubun futbolçusu haqqında danışmayacam"

Pep Qvardiollla :"Başqa klubun futbolçusu haqqında danışmayacam"

"Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiolla "Borissia Dortmund" klubunun futbolçusu Erilinq Haaland haqqında açıqlama verib.

Assist.az xarici mənbələrə istinadən xəbər verir ki, Pep Qvardiolla Erilinq Haalandın "Mançester Siti"yə keçməsi ehtimalı haqqında danışmağn futbolçularına qarşı hörmətsizlik olacağını bildirib:

"Başqa klubların futbolçuları haqqında danışmayacam. Bu mövzuda danışmaq "Borissia Dortmund" klubuna, Erilinq Haalanda və öz futbolçularıma qarşı hörmətsizlik olardı. Çünki qarşımızda çətin iki ay var və bütün diqqətimiizi bu iki aya ayırmışıq. Əgər mən futbolçu olsaydım və baş məşqçim başqa futbolçu haqqında danışsaydı mən bunu hörmətsizlik kimi qəbul edərdim".

Xatırladaq ki, Erilinq Haalandın adı "Mançester Siti" ilə hallanır.