"Parma"nın sabiq futbolçusu "Zirə" klubunun hədəfində

"Parma"nın sabiq futbolçusu "Zirə" klubunun hədəfində

"Zirə" klubu yeni legioner futbolçu ilə anlaşıb.

Assist.az xəbər verir ki, "qartallar" perulu sol cinah oyunçusu Alvaro Ampueronu transfer edir. Son komandası "Deportivo Munisipial" olan 27 yaşlı müdafiəçi ilə rəsmi müqavilə tezliklə imzalanacaq.

Qeyd edək ki, bu, Alvaro Ampueronun Avropaya ikinci səfəri olacaq. İlk dəfə o, İtaliyada legioner həyatı yaşayıb. 2013-cü ildə "Parma"ya keçən oyunçu daha sonra "Padova" və "Salernitana"ya icarəyə verilib. "Deportivo Munisipial"da isə Ampuero uzun müddət zədəli olduğu üçün 2019-cu ildə cəmi 8 matçda forma geyinib. O, Peru millisinə də çağırılıb və 9 qarşılaşmada forma geyinib.