Ölkə kubokunda finalçılar müəyyənləşdi

Bu gün futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Assist.az xəbər verir ki, ilk görüşdə "Qarabağ" və "Qəbələ" komandaları üz-üzə gəlib. İlk oyunda 1:0 hesablı qələbə qazanan "Qəbələ" cavab oyununda məğlub olsa da (1:2) səfərdə vurulan top əyalət təmsilçisini finala daşıyıb.
Digər finalçının adına isə "Zirə" - "Sumqayıt" oyununda aydınlıq gəlib. İlk oyunu qolsuz bərabərliklə bitən duelin ikinci qarşılaşmasında "Sumqayıt" 3:1 hesablı qələbəyə sevinib.
Beləliklə, final oyununda "Qəbələ" və "Sumqayıt" komandaları üz-üzə gələcək.