Ölkə çempionatında III turun rəmzi komandası

Ölkə çempionatında III turun rəmzi komandası

Azərbaycan Premyer Liqasının III turunun rəmzi komandası və ən yaxşı futbolçusu açıqlanıb.

Assist.az xəbər verir ki, “InStat”ın təhlilinə əsasən, “11-liy”ə “Qarabağ”ın 6, “Neftçi”nin 3, “Keşlə”nin isə 2 futbolçusu düşüb.

Həftənin ən yaxşısı oyunçusu isə 362 göstərici ilə “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintanadır. İspan oyunçu “Səbail”ə qarşı görüşdə 90 dəqiqə meydanda olub, 1 qol və məhsuldar ötürmə ilə yadda qalıb.

Qapıçı: Şahruddin Məhəmmədəliyev - 285 (“Qarabağ”)

Müdafiəçilər: Azər Salahlı - 283 (“Keşlə”), Anton Krivotsyuk - 280 (“Neftçi”), Kiril Petrov – 277 (“Neftçi”), Abbas Hüseynov - 321 (“Qarabağ”)-3

Yarımmüdafiəçilər: Stiven Monroz – 285 (“Neftçi”), Qara Qarayev - 351 (“Qarabağ”), İsmayıl İbrahimli - 312 (“Qarabağ”)-3, Dani Kintana – 362 (“Qarabağ”)

Hücumçular: Mahir Emreli - 327 (“Qarabağ”), Lorenzo Frutos - 282 (“Keşlə”)