Oblak Atletico Madrid-in tarixinə keçdi

Oblak Atletico Madrid-in tarixinə keçdi

İspaniya La Liqasının 11-ci turu çərçivəsində baş tutan Valencia ilə səfər oyunu Atletico-nun qapıçısı Yan Oblak üçün əlamətdar olub.

Assist.az  xəbər verir ki, komandasının 1:0 hesablı qələbəsi ilə başa çatan görüş Madrid klubunun qolkiperi üçün La Liqada 200-cü matç olub.

27 yaşlı futbolçu bunların 111-də qapısını toxunulmaz saxlamağı bacarıb ki, bu da yeni rekorddur.

Qeyd edək ki, Atletico-nun formasını geyinən qapıçılar arasında yalnız Abel Resino La Liqada Oblakdan çox oyun keçirib. O, bu komandada 243 oyun keçirib ki, onların da 94-də qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, ölkə çempionatında ardıcıl 6-cı qələbəsini qazanan Atletico-nun məğlubiyyətsiz oyunlar seriyası 25-ə yüksəlib.