Nurməhəmmədov - Qetji döyüşü azarkeşsiz keçiriləcək

Nurməhəmmədov - Qetji döyüşü azarkeşsiz keçiriləcək

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovla amerikalı Castin Qetji arasında döyüş azarkeşsiz keçiriləcək.

Assist.az xəbər verir ki, bu barədə Nurməhəmmədov Moskvada döyüş sənətləri forumunda onlayn-konfrans zamanı bildirib.

"Yarış qapalı olacaq, azarkeşlər olmayacaq. Ona görə əzizlərlərim məni səhnə arxasında gözləyəcəklər - mehmanxanada", - Nurməhəmmədov deyib.

Təkbətək döyüş UFC 254 turniri çərçivəsində 24 oktyabrda "Döyüş adası"nda (Əbu-Dabi, BƏƏ) keçiriləcək. 31 yaşlı Nurməhəmmədov hazırda Dubaydadır, o, döyüşə hazırlığını davam etdirir.