Neymarın müqaviləsi ləğv olundu

Neymarın müqaviləsi ləğv olundu

Nike şirkəti PSG-nin futbolçusu Neymarla olan əməkdaşlığa son verib.

Assist.az xəbər verir ki, Nike Neymarla müqaviləni erkən ləğv edib. Razılaşmanın pozulmasının təfərrüatları bəlli deyil.

28 yaşlı hücumçu 2011-ci ildə şirkətlə 105 milyon dollarlıq sözləşmə imzalamışdı. Tərəflərin əməkdaşlığı 2022-ci ilə qədər nəzərdə tutulurdu.

Braziliyalı futbolçunun Puma-yla əməkdaşlığa başlayacağı iddia olunur.