Neymar: "PSJ"də özümü evimdəki kimi hiss edirəm"

Neymar: "PSJ"də özümü evimdəki kimi hiss edirəm"

"PSJ" klubunun brazilyalı hücumçusu Neymar klubdakı gələcəyi barədə açıqlama verib

Assist.az "ESPN"ə istinadən xəbər verir ki, Neymar "PSJ"də xoşbəxt olduğunu bildirib:

"Burada özümü evimdəki kimi hiss edirəm və əvvəlkindən daha da çox xoşbəxtəm"

"PSJ" klubunun prezidenti Nasır Əl-Xəlifi Neymar və Mbappenin klubdakı gələcəyi barədə açıqlama verib:

"Həm Çempionlar Liqasını, həm də digər kubokları qazanmaq üçün kluba çox pul xərclədik. Neymar və Mbappenin klubdan getmələri üçün bir səbəb yoxdur. Bütün titulları qazanmaq üçün hər bir şəraitə sahibik. Dayanmadan çalışmalıyıq, çünki Çempionlar Liqası hələ bitməyib"

Xatırladaq ki, Neymar və Mbappenin müqaviləsi 2022-ci ildə bitir