Neymar: "Mbappenin xarakterindən çox təsirləndim"

"PSJ" klubunun brazilyalı hücumçusu Neymar komanda yoldaşı Kilian Mbappe ilə arasındakı münasibət haqqında açıqlama verib.
Assist.az "France Football"a istinadən xəbər verir ki, Neymar Mbappenin xarakterindən çox təsirləndiyini bildirib:
"Kluba uyğunlaşmaq da mənə çox kömək etdi və buna görə də çox xoşbəxtəm. Hər şeydən əvvəl Mbappenin xarakterindən çox təsirləndim. O çox düşüncəli və alicənab insandır. Buna görə də Mbappe ilə münasibətimiz çox yaxşıdır. Birbirimizi tanıdıqdan sonra onu məşqdə izləməyə başladım. Zəkasına, sürətinə və istedadlı olmasına baxmayaraq təvazökar olmasına heyran qaldım. Sürət tək başına mənasızdır, çünki onu istifadə etmək üçün zəkaya ehtiyac var. Bu xüsusiyyətlərə görə Mbappe çox istedadlı futbolçudur.
Xatırladaq ki, Neymarın adı "Barselona ilə hallanır.