Neymar azarkeşə yumruq atdı - VİDEO

Fransa kubokunun "Rennes" - PSJ final oyununda xoşagəlməz hal yaşanıb.

Assist.az   xəbər verir ki, PSJ-nin futbolçusu Neymar azarkeşlərdən biri ilə qısa dialoqdan sonra ona yumruq atıb.  Danışığın detalları bilinməsə də, azarkeşin Neymara "futbol oynamağı öyrən"  dediyi iddia olunur.

Xatırladaq ki, əsas vaxtı 2:2 bitən qarşılaşmada "Rennes"  penaltilərdə (6:5) qalib gələrək kuboku başı üzərinə qaldırıb.