Newcastle United-də koronavirus şoku

Newcastle United-də koronavirus şoku

Newcastle United klubunun 3 futbolçusu koronavirusa yoluxub.

Assist.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin baş məşqçisi Stiv Bryus Sky Sports-a açıqlamasında deyib. O, 3 futbolçunun və məşqçilər korpusundan 1 nəfərin koronavirusa yoluxduğunu bildirib.

Koronavirusa yoluxanların adları açıqlanmayıb və onlar karantinə alınıblar.

Newcastle İngiltərə Premyer Liqasında 10 turdan sonra 14 xalla 10-cu sıradadır