"Neftçi"nin rəqibi "Beşiktaş"ın futbolçusuna "elçi düşüb"

"Neftçi"nin rəqibi "Beşiktaş"ın futbolçusuna "elçi düşüb"

"Neftçi"nin UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Yunanıstan "Olimpiakos"u yeni transferə hazırlaşır.

Assist.az yerli mətbuata istinadən xəbər verir ki, Pirey təmsilçisi Türkiyə "Beşiktaş"ının hücumameylli yarımmüdafiəçisi Jorj - Kevin Nkudunu heyətinə qatmaq istəyir. "Olimpiakos" Nkudu ilə danışıqlar aparır.

Qeyd edək ki, "Olimpiakos" və "Neftçi" arasında ilk oyun iyulun 21-də Yunanıstanda, cavab matçı isə 1 həftə sonra Azərbaycanda olacaq.