"Neftçi"nin rəqibi Bakıya ciddi itki ilə gəlir

"Neftçi"nin rəqibi Bakıya ciddi itki ilə gəlir

Avropa Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Rapid" ciddi itkiylə üzləşib.

Assist.az xəbər verir ki, Vyana təmsilçisinin yarımmüdafiəçisi Patrik Qreyl sıradan çıxıb. 26 yaşlı futbolçu Avstriya Bundesliqasının II turunun “Klaqenfurt”la səfər matçında (1:0) zədələnib.

Qarşılaşmanın 56-cı dəqiqəsində Kristof Knasmüllnerlə əvəzlənən futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.

"Neftçi" ilə "Rapid" arasında ilk oyun avqustun 4-də Bakıda, cavab görüşü isə bir həftə sonra Avstriyada baş tutacaq.

 

Sportal.az