Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilib

Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilib

UEFA Avropa Liqasında III təsnifat mərhələsinin ilk görüşlərinə yekun vurulub.

Assist.az xəbər verir ki, üçüncü oyun günündə 32 qarşılaşma keçirilib. İsrail "Bney Yehuda"sı ilə evdə 2:2 hesablı heç-heçə edən "Neftçi" bu səddi keçəcəyi təqdirdə, "Malmö" (İsveç) - "Zrinski" (Bosniya və Herseqovina) cütünün qalibi ilə üz-üzə gələcək. İsveçdəki oyunda "Malmö" böyük hesablı qələbə qazanıb - 3:0.

Türkiyə klublarına gəldikdə, "Trabzonspor" Çexiyanın paytaxtı Praqada "Sparta" ilə matçda məhsuldar heç-heçəyə imza atıb - 2:2. "Yeni Malatyaspor" isə Serbiyada "Partizan"a uduzub - 3:1.

Avropa Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

18:00. "Astana" (Qazaxıstan) - "Valletta" (Malta) - 5:1

19:30. AEK (Larnaka, Kipr) - “Gent” (Belçika) - 1:1

20:00. “Sparta” (Praqa, Çexiya) - “Trabzonspor” (Türkiyə) - 2:2

20:00. “Pünik” (Ermənistan) - “Vulverhempton” (İngiltərə) - 0:4

20:15. "Universitatya” (Krayova, Rumıniya) - AEK (Yunanıstan) - 0:2

20:30. "Brondbü" (Danimarka) - “Braqa” (Portuqaliya) - 2:4

20:45. “Ventspils” (Latviya) – “Vitoriya” (Portuqaliya) - 0:3

21:00. "Şerif" (Moldova) - AIK (İsveç) - 1:2

21:00. “Neftçi” (Azərbaycan) - “Bney Yehuda” (İsrail) - 2:2

21:00. “Malmö” (İsveç) - "Zrinski" (Bosniya və Herseqovina) - 3:0

21:00. “Hoqesun” (Norveç) - PSV (Holldnaiya) - 0:1

21:00. “Mariupol” (Ukrayna) - AZ (Alkmaar, Hollandiya) - 0:0

21:00. “Tyun” (İsveçrə) - “Spartak” (Moskva, Rusiya) - 2:3

21:00. “Mölde” (Norveç) - “Aris” (Yunanıstan) - 3:0

21:30. "Lüdoqorets" (Bolqarıstan) - TNS (Uels) - 5:0

21:30. “Makkabi” (Təl-Əviv, İsrail) - "Suduva" (Litva) - 1:2

21:30. MOİK (Sofiya, Bolqarıstan) - “Zarya” (Luqansk, Ukrayna) - 1:1

21:30. “Lokomotiv” (Plovdiv, Bolqarıstan) - “Strasburq” (Fransa) - 0:1

21:30. “Feyenoord” (Hollandiya) – “Dinamo" (Tbilisi, Gürcüstan) - 4:0

21:30. “Antverpen” (Belçika) - “Viktoriya” (Plzen, Çexiya) - 1:0

21:45. “Sarayevo” (Bosniya və Herseqovina) - BATE (Borisov, Belarus) - 1:2

22:00. "Düdelanj" (Lüksemburq) – “Nomme Kalyu" (Estoniya) - 3:1

22:00. “Riyeka” (Xorvatiya) - "Aberdin" (Şotlandiya) - 2:0

22:00. “Midtyulland” (Danimarka) - “Reyncers” (Şotlandiya) - 2:4

22:00. “Norrçöpinq” (İsveç) - “Hapoel Bier-Şeva” (İsrail) - 1:1

22:30. “Vaduts” (Lixtenşteyn) - “Ayntraxt” (Frankfurt, Almaniya) - 0:5

22:30. "Styaua" (Rumıniya) - “Mlada Boleslav” (Çexiya) - 0:0

22:30. “Austriya” (Vyana, Avstriya) – “Apollon” (Kipr) - 1:2

23:00. “Lütsern” (İsveçrə) - “Espanyol” (İspaniya) - 0:3

23:00. “Partizan” (Serbiya) - “Yeni Malatyaspor” (Türkiyə) - 3:1

23:00. “Legiya” (Polşa) - “Atromitos” (Yunanıstan) - 0:0

23:00. “Torino” (İtaliya) - “Şaxtyor” (Soliqorsk, Belarus) - 5:0

7 avqust

Slovan" (Bratislava, Slovakiya) - "Dandolk" (İrlandiya) - 1:0

6 avqust

"Ararat" (Ermənistan) - "Saburtalo" (Gürcüstan) - 1:2

"Riqa" (Latviya) - HİK (Finlandiya) - 1:1

"Sutyeska" (Monteneqro) - "Linfild" (Şimali İrlandiya) - 1:2

Qeyd edək ki, cavab görüşləri 13 - 15 avqustda keçiriləcək.