“Neftçi” “Zirə”ni böyük hesabla məğlub etdi

“Neftçi” “Zirə”ni böyük hesabla məğlub etdi

Azərbaycan Premyer Liqasında 23-cü tur arxada qalıb.

“Assist.az” xəbər verir ki, bağlanış matçında “Neftçi” “Zirə” ilə üz-üzə gəlib. Son 5 oyundur "qartallar" üzərində qələbə qazana bilməyən “flaqman” bu seriyaya son qoyub. Görüşdə bütün qollar fasilədən sonra qeydə alınıb. Hesabı ikinci hissənin əvvəlində çempionatın bombardiri Namik Ələsgərov açıb. 74-cü dəqiqədə Mirabdulla Abbasov “qartalları” mərkəzə dəvət edib. Çox keçmədən Ələskərov dublunu rəsmiləşdirib. Beləliklə,  26 yaşlı yarımmüdafiəçi Premyer Liqada 16-cı qoluna imza atıb. Yekun nəticəni isə matçın əsas vaxtına artırılan 2-ci dəqiqəsində Stiven Jozef-Monroz müəyyənləşdirib 4-0.  Bu qələbədən sonra “Neftçi” xallarının sayını 46-ya çatdıraraq lider “Qarabağ”la fərqi minimuma endirib. 32 xala sahib “Zirə” 4-cü yerin sahibidir.