“Neftçi” – HİK oyununun hakimləri açıqlandı

“Neftçi” – HİK oyununun hakimləri açıqlandı

Mübarizəsini UEFA Avropa Liqasında davam etdirən “Neftçi”nin Finlandiyanın HİK klubu ilə keçirəcəyi oyuna hakim təyinatları açıqlanıb.

Assist.az xəbər verir ki, Avqustun 3-də saat 21:00-da başlayacaq qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. 

Matçın baş hakimi Uilyam Kollam olacaq. Ona yan xətt hakimləri Devid Makqici və Şon Karr kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yuen Anderson yerinə yetirəcək.

Avqustun 3-də, Bakıda keçiriləcək “Neftçi” – HİK matçı saat 21:00-da start götürəcək. Komandalar arasındakı cavab matçı avqustun 12-də keçiriləcək.