"Neftçi" gürcü futbolçusunu tibbi müayinədən keçirib

"Neftçi" gürcü futbolçusunu tibbi müayinədən keçirib

“Neftçi”nin yeni transferi Vato Arveladze tibbi baxışdan keçib. Assist.az xəbər verir ki, 24 yaşlı gürcü futbolçunun sağlamlığı ilə bağlı heç bir problem aşkarlanmayıb.

Vato Arveladze peşəkar karyerası ərzində Gürcüstanın “Lokomotiv” (Tbilisi, 2015-2018, 2020), Polşanın “Korona” (2018-2020) və Türkiyənin “Fatih Karagümrük” (2020-2022) klublarında çıxış edib. Gürcüstanın U-17, U-19 və U-21 (15 oyun, 3 qol) yığma komandalarında da forma geyinmiş futbolçu 2019-cu ildə bu ölkənin əsas millisində 2 oyun keçirib, 1 qol vurub.

Qeyd edək ki, gürcü futbolçu Vato Arveladze ilə 1+1 il şərtli müqavilə imzalanıb və o, 18 nömrəli forma altında çıxış edəcək.