"Neftçi" fransalı futbolçu ilə müqavilə imzaladı RƏSMİ

"Neftçi" fransalı futbolçu ilə müqavilə imzaladı RƏSMİ

“Neftçi” fransız müdafiəçi Romen Baskın transferi ilə bağlı detalları açıqlayıb.

Assist.az xəbər verir ki, 26 yaşlı futbolçu ilə 2 il müddətinə müqavilə bağlanıb.

Yarımmüdafiəçi mövqeyində də çıxış edən yeni futbolçu yeni komandasının heyətində “14” nömrəli formanı geyinəcək.

Romen Bask Fransanın “Keviyi Ruan” (2014-2018) və “Havr” (2018-2021) klublarında çıxış edib. O, sonuncu Liqa 2 mövsümündə “Havr”ın heyətində 31 oyun keçirib, 3 qol vurub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares və Xəyal Nəcəfovu transfer etmişdi.