"Neftçi" Bordinlə müqaviləyə qarşılıqlı olaraq son qoydu

"Neftçi" Bordinlə müqaviləyə qarşılıqlı olaraq son qoydu

“Neftçi”nin prezidentinin təqdimatı əsasında əsas komandanın hazırkı durumu Müşahidə Şurasının üzvləri ilə yenidən müzakirəyə təqdim edilib, irad və təkliflər dinlənilib.

Assist.az klubun saytına istinadən xəbər verir ki, sonda komandanın indiki vəziyyəti nəzərə alınaraq, klubun baş məşqçisi Roberto Bordinlə müqaviləyə qarşılıqlı surətdə xitam verilməsi barədə qərar verilib. Bu qərara əsasən, bu gün baş məşqçi Roberto Bordinlə görüş keçirilib və qarşılıqlı razılıq əsasında müqaviləyə son qoyulub.

Əsas komandaya müvəqqəti olaraq köməkçi məşqçi Füzuli Məmmədov təyin edilib.