Neftçi" - “Bney Yahuda" oyunu üçün 6 mindən çox bilet satılıb

Neftçi" - “Bney Yahuda" oyunu üçün 6 mindən çox bilet satılıb

“Neftçi"nin UEFA Avropa Liqasının III təsnifat mərhələsində İsrail “Bney Yahuda"sı ilə Bakıda keçirəcəyi ilk oyunu üçün satılan biletlərin sayı açıqlanıb.

Paytaxt təmsilçisinin media, Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyevin məlumatına görə, 2 gün ərzində qarşılaşma üçün 6 mindən çox bilet satılıb. Klub rəsmisi bu gün qalan digər biletlərin satışda olacağı və böyük ehtimalla sabaha kimi tükənəcəyini diqqətə çatdırıb.

Azarkeşlər qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3A, 3B), 20 (VİP) və 100 (SKYBOX) manat təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə edə bilərlər. Biletləri həmçinin digər satış nöqtələrindən də almaq olar.

Kasslar saat 10:00-dan 21:00-dək işləyəcək. Oyun günü biletləri yalnız “Bakcell Arena”nın kassalarından əldə etmək mümkün olacaq. Stadion 11 min azarkeş qəbul edə bilir. 

Qeyd edək ki, avqustun 8-i “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Bney Yehuda” oyunu saat 21:00-da başlayacaq. Cavab matçı bir həftə sonra İsraildə olacaq.