Nəbiyevli “Viktoriya” növbəti dəfə qalib gələ bilmədi

Nəbiyevli “Viktoriya” növbəti dəfə qalib gələ bilmədi

Futbol üzrə Çexiya 2-ci divizionunda 17-ci turun oyunları keçirilir.

"Assist.az" xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin şərəfini qoruduğu  “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Blansko” ilə üz-üzə gəlib. Jijkov təmsilçisi bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.

Fərid də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb, 55-ci dəqiqədə əvəzlənib.

17 turdan sonra 23 xala malik “Viktoriya” 7-ci pillənin sahibidir.