Muhammed Salah: "Klubda qalmaq məndən aslı deyil"

Muhammed Salah: "Klubda qalmaq məndən aslı deyil"

"Liverpul"un Misirli hücumçusu Muhammed Salah, klubdaki gələcəyi ilə bağlı açıqlama verib.

Assist.az "Marca"ya istinadən xəbər verir ki, Muhammed Salah klubdaki gələcəyinin ondan aslı olmadığını bildirib:

"Klubda qalmaq məndən aslı deyil. Nə olacağını görəcəyik, amma indi bu barədə danışmaq istəmirəm. Hələ uzun illər oynamaq istəyirəm. Bəlkə gələcək də İspanyada da oynaya bilərəm".

Muhammed Salah baş məşqçi Yurgen Klop ilə münasibəti barəsində də danışıb:

"Yurgen Klop ilə münasibətimiz, iki peşəkar insan arasındakı münasibətdir".

Qeyd edək ki, Muhammed Salahın "Liverpul" ilə müqaviləsi 2023-cü ilə qədərdir.