Moskvada gözlənilməz nəticə: "Napoli" məğlub oldu
Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunlarına start verilib. Assist.az xəbər verir ki, C qrupunda mübarizə aparan "Spartak Moskva" "Napoli"ni qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə yekunlaşıb.
Rusiya təmsilçisinin heyətində Aleksandr Sobolev dubl edib. Elif Elmas isə qonaqların yeganə qolunun müəllifi olub.
"Spartak" - "Napoli" 2:1
Qollar: Aleksandr Sobolev, 3, 28 - Elif Elmas, 64