Monako QP: "Mersedes"in dubl seriyası pozuldu

Monako QP: "Mersedes"in dubl seriyası pozuldu

Formula 1 üzrə Monako qran prisi başa çatıb. Əvvəlki yarışlarda dublla yadda qalan "Mersedes" pilotları bu dəfə 1 və 3-cü yerləri tutublar. Yarış zamanı Bottas səhv pit-stop strategiyası ilə 4-cü pilləyə qədər geriləyib. Lakin "Red Bull"un gənc pilotu Ferstappenin qaydaları pozması nəticəsində cəza alması fin pilotu 3-cü edib. 4 qat dünya çempionu Fettel isə 2-ciliklə kifayətlənib. Digər "Ferrari" pilotu Lecler isə yarışı tamamlaya bilməyib. Bu sezon dördüncü qələbəsini qazanan Luis Həmilton ən yaxın izləyicisi komanda yoldaşı Bottas ilə xal fərqini 17-yə çatdırıb. Növbəti yarış Kanadada baş tutacaq.