MLS-də ən çox maaş alan futbolçular

MLS-də ən çox maaş alan futbolçular

ABŞ-ın MLS liqasında ən çox məvacib alan futbolçuların adları açıqlanıb.

Assist.az xəbər verir ki, siyahının ilk pilləsində Los Angeles-in hücumçusu Karlos Vela yer alıb. Meksikalı hücumçu illik 6,3 milyon dollar qazanır.

Siyahının 2-ci pilləsində Los Angeles Galaxy-nin futbolçusu Xavyer Hernandes yer alıb. “Çiçarito” ləqəbli hücumçunun illik qazancı 6 milyon dollardır. Ötən ilin sentyabrında Juventus-dan İnter Miami-yə keçən Qonsalo İquaynın illik maaşı isə 5,79 milyon dollardır.